“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyat uğurla gerçəkləşib.
Seymur başa çatan mövsümdə “Sabah”ın əsas komandasında debüt edib.