EN

İsrail HHQ İrana zərbələri davam etdirir – İsrail Müdafiə Nazirliyi

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri İrana aviazərbələri davametdirir.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail MüdafiəQüvvələrinin (IDF) sözçüsü, general-mayor Effi Defrin mətbuatkonfransında danışıb.

“Hazırda İsrail Müdafiə Qüvvələri əməliyyatın qoyulmuşməqsədlərinə nail olmaq üçün hücum planını həyata keçirməyə davamedir, eyni zamanda gücləndirilmiş şəkildə İsrailin müdafiəsinitəmin edir,” – deyə o bildirib.

İrandan neçə gün ballistik raket hücumunun gözlənildiyi iləbağlı sualı cavablandıran Defrin deyib: “Əməliyyat hələ yenibaşlayır.” O əlavə edib ki, ordu İranın planlarını izləyir və“İrandan gələcək cavablara hazırlaşır”.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Chosen
26
22
az.trend.az

10Sources