EN

İsrailə aviareyslər həyata keçirən yeganə İtaliya şirkəti Təl Əvivə uçuşları dayandırıb

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.

AZƏRTAC xəbər verir ki, aviaşirkət avqustun 1-nə planlaşdırılan reyslər də daxil olmaqla Tel-Əvivə uçuşların dayandırılmasını iyulun 31-dək uzadıb.

“ITA Airways” təhlükəsizlik səbəbindən bu qərarı qəbul edib. Aviaşirkət Yaxın Şərqdəki gərginliyə görə sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini əsas gətirərək daha əvvəl də müxtəlif tarixləri əhatə edən dövrlərdə Təl-Əvivə uçuşları dayandırmışdı.

“ITA Airways” İsrailə müntəzəm reyslər yerinə yetirən yeganə İtaliya aviaşirkətidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
3
yeniazerbaycan.com

4Sources