Roma, 13 iyun, AZƏRTAC
İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.
AZƏRTAC xəbər verir ki, aviaşirkət avqustun 1-nə planlaşdırılan reyslər də daxil olmaqla Tel-Əvivə uçuşların dayandırılmasını iyulun 31-dək uzadıb.
“ITA Airways” təhlükəsizlik səbəbindən bu qərarı qəbul edib. Aviaşirkət Yaxın Şərqdəki gərginliyə görə sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini əsas gətirərək daha əvvəl də müxtəlif tarixləri əhatə edən dövrlərdə Təl-Əvivə uçuşları dayandırmışdı.
“ITA Airways” İsrailə müntəzəm reyslər yerinə yetirən yeganə İtaliya aviaşirkətidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma