EN

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyininŞuşanın şahidliyi ilə rəsmiləşdirildiyi 15 iyun 2021-ci iltarixindən 4 il keçir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyəmünasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Tarixi köklərə,qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə,o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digərsahələrdə bu gün ən yüksək zirvədədir. Qardaş ölkələrimizbeynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çoxdigər qarşılıqlı bağlara malik olması iki dost ölkəni tarixənbir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Dövlətbaşçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixəəsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləriMustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksinitapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk Azərbaycanınsevinci sevincimiz, kədəri kədərimizdir, XX əsrin sonlarında isəÜmummilli Lider Heydər Əliyev Türkiyə və Azərbaycan bir millət, ikidövlətdir demişlər. Bu tarixi sözlər, kəlamlar fəaliyyətimiz üçünəsas amildir. Bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş ŞuşadaMüttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizinümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütündünyaya çatdıran mesaj oldu. Türkiyə 2020-ci il Vətən müharibəsidövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinəgöstərdiyi birmənalı mənəvi-siyasi dəstəklə qardaşlığını nümayişetdirdi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji resursuna malikölkəsi olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurladavam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neftkəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələrtəşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP layihəsiisə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçünyeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinintəmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünyabazarına çıxarılmasında mühüm rol oynayır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, genişlənən enerji əməkdaşlığıçərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihəisə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokadaşəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerjitəhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosialinkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsiolan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativrolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasınaşərait yaradır. İki ölkə arasında ticarət dövriyyəsi də ildən-iləartır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənayezonaları yaradılır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Şuşa Bəyannaməsi müttəfiqlikmünasibətlərinin geostrateji əhəmiyyətini artırır. Ölkələrimizarasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidəbirgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat,mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələriəhatə edir. Bu sənəd sülhə və təhlükəsizliyə yol açır, bölgədəinteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə nəzərdətutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadilayihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər ikiölkənin beynəlxalq nüfuzunu artırır. Sənəd qardaş ölkələrimizarasında münasibətlərin gələcəyini müəyyən edir vəAzərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə qaldırır.

Milli Məclisin deputatı bildirib ki, mədəni-humanitar sahələrdəbirgə layihələr, qarşılıqlı incəsənət və təhsil proqramları, mediaplatformalarında əməkdaşlıq xalqlarımız arasında qardaşlıqmünasibətlərinin daha da güclənməsinə şərait yaradır. TürkDövlətləri Təşkilatının platformasında aparılan birgə təşəbbüslərisə ikitərəfli münasibətlərin çoxtərəfli formata keçməsi baxımındanmühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Laçından dünyaya çatdırılanAzərbaycan-Türkiyə-Pakistan bilriyi, həmrəyliyi də bunun bariznümunəsidir. 28 May-Müstəqillik Günü Azərbaycan-Türkiyəqardaşlığının növbəti təntənəsi oldu. İki dost, qardaş ölkəninprezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanınınaçılışı oldu. Bundan öncə isə Azərbaycan və Türkiyə prezidentləri2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Havalimanlarının açılışında iştirak etmişdilər. Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan Müstəqillik Günü ilə bağlı Laçında təşkiledilən tədbirdəki çıxışında bir daha bildirdi: “Bəli, obamız,yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti,inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğukimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqınınhər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyəqardaşlığını əbədi və daimi etməsini diləyirəm.”

Vüqar Rəhimzadə qeyd edib ki, iki ölkə arasında münasibətlərsəmimi, qarşılıqlı və qardaşlıq əsaslıdır. Azərbaycan və Türkiyə bugün yalnız strateji tərəfdaşlar deyil, həm də regional və qlobalmiqyasda ortaq maraqları müdafiə edən, bir-birinə arxa duranmüttəfiq dövlətlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıxəməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsində əksini tapan və iqtisadiinkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizinqarşılıqlı surətdə investisiya qoyuluşlarını həyatakeçirmələrindən, habelə bu sahədə strateji məqsədlərin olmasındanibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimiziniqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələringenişləndirilməsinə, strateji sahələrin daha datəkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.Bəyannamə əsasında Azərbaycan və Türkiyə, bir-biri iləticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracınşaxələndirilməsinə nail olmuşlar. Müdafiə sahəsində əməkdaşlıq vəqarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunmasıtarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinintəhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsindəəlaqələrin inkişafı qardaş ölkələrimizin hərbi qüdrətiniartıracaq.

Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki,Bəyannamənin imzalanmasından sonra Şuşada hər il 15 uyun tarixindəənənəvi olaraq konfranslar keçirilir. Yeni Azərbaycan Partiyasınıntəşkilatçılığı ilə 2022-ci ildə bu əsrarəngiz məkanda ŞuşaBəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyəstrateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh vəsabitlik mənbəyidir” , 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, 2024-cüildə isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobalkataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusundabeynəlxalq konfrans keçirilib. Bu ənənə uğurla davam etdirilir.Keçirilən hər bir tədbir Azərbaycan-Türkiyə münasibətlərinindünəninə, bugününə və gələcəyinə işıq salmaqla yanaşı, azadQarabağdan dünyaya bu birliyin, həmrəyliyin təqdimatı olur.Azərbaycan-Türkiyə birliyi sarsılmazdır.

Chosen
14
5
az.trend.az

8Sources