Tanınmış milyarderi arı sancdı, öldü
Hindistanlı məşhur biznesmen, beynəlxalq “Sona Comstar” şirkətinin rəhbəri Sancay Kapur bədbəxt hadisə nəticəsində vəfat edib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iş adamı Böyük Britaniyada polo oynayarkən baş verib. Belə ki, oyun zamanı 53 yaşlı milyarder təsadüfən arı udub və bundan sonra huşunu itirərək yerə yıxılıb. İlkin ehtimallara görə, arı Kapurun ağız nahiyəsindən sancıb və bu da anafilaktik şoka səbəb olub. Nəticədə isə iş adamı həyatını itirib.