Hindistanlı məşhur biznesmen, beynəlxalq “Sona Comstar” şirkətinin rəhbəri Sancay Kapur bədbəxt hadisə nəticəsində vəfat edib.
Viral.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, hadisə iş adamı Böyük Britaniyada polo oynayarkən baş verib.
Belə ki, oyun zamanı 53 yaşlı milyarder təsadüfən arı udub və bundan sonra huşunu itirərək yerə yıxılıb. İlkin ehtimallara görə, arı Kapurun ağız nahiyəsindən sancıb və bu da anafilaktik şoka səbəb olub. Nəticədə isə iş adamı həyatını itirib.
Son Yazılar:
- Boğazına arı gedən milyarder ÖLDÜ
- İranda İsrail PUA-ları daşıyan avtomobillər saxlanılıb
- Musleranın yeni klubu müəyyənləşdi
Qəzet yazır ki, Kapur polo oyununu sevməsi ilə məşhur olub. O, Britaniya şahzadəsi Uilyamla tanış olub və onun iştirakı ilə matçlarda iştirak edib.