EN

Daha 36 ölkə vətəndaşının ABŞ-a girişi qadağan edə bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Washington Post qəzeti ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edərək yazıb.

Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasına qadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrin siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir.
"Washington Post" qeyd edir ki, şənbə günü bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olan diplomatlara göndərilib.

Tramp bundan əvvəl 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinləri üçün qismən məhdudiyyətlər qoyub.

Chosen
67
4
ucnoqta.az

7Sources