Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkəninvətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdırabilər.
Trend xəbər verir ki, bubarədə ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edən "TheWashington Post" yazıb.
Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasınaqadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrinsiyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi,həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir. Qeydolunur ki, bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubiotərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olandiplomatlara göndərilib.