EN

Dövlət və özəl sektorda maaş bərabərsizliyi dərinləşir

Bu ilin yanvar-mart aylarında sosial xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı 1194,4 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə bu göstərici 217,2 manat (22,2%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 977,2 manat olmuşdu.

Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1 420,3 manat təşkil edib. Bu, illik müqayisədə 293,7 manat (26,1%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 1126,6 manat idi.

Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 657,1 manat olub. İllik müqayisədə 114,1 manat (21,0%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 543,0 manat təşkil etmişdi. (FED.az)

AzPost.az

Chosen
22
2
azpost.info

3Sources