EN

İran və İsrail bir-birlərini vurur - Ölən və yaralananlar var

İran İsrailin havadan hücumlarına cavab olaraq Tel-Əviv və digər şəhərləri raket və PUA yağmuruna tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, raketlərdən biri İsraildə bir binaya tuş gəlib.

İsrail polisindən isə bildirilib ki, raketlər bir neçə binaya da böyük zərər vurub. Məlumatda əhaliyə dağılmış və zədələnmiş binalara girməməklə bağlı xəbərdarlıq olunub: "İlkin məlumata görə, Hayfa şəhərinin şərqindəki Tamra bölgəsində iki mərtəbəli binaya düşüb. Burada ağır yaralanan bir qadın xəstəxanada ölüb, 13 nəfər isə yaralanıb"

Tahir Şəlvəli

MİA.AZ

Chosen
17
1
mia.az

2Sources