EN

"ABŞ hərbçiləri İrana hücum etməkdə İsrailə köməklik göstəriblər"

"ABŞ hərbçiləri İrana hücum etməkdə İsrailə köməklik göstəriblər"
"Tehranın əlində Yaxın Şərqdəki ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə zərbələr endirməkdə İsraili dəstəklədiyinə dair dəlillər var".

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda əcnəbi diplomatlarla görüşündə deyib.

Onun sözlərinə görə, İsrailin İrana qarşı təcavüzü ABŞ-nin razılığı və dəstəyi olmadan həyata keçirilə bilməzdi:

"Birləşmiş Ştatlar İrana qarşı hücumların şərikidir və məsuliyyəti öz üzərinə götürməlidir".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazmışdı ki, İsrailin İrana son hücumunda Vaşinqtonun əli yoxdur.

O, əlavə edib ki, əgər İran ABŞ-yə hər hansı bir şəkildə hücum edərsə, Amerika Silahlı Qüvvələrinin bütün qüdrəti "əvvəllər heç vaxt görünməmiş miqyasda" onun üzərinə hücum çəkəcək.

Əraqçı Trampın bəyanatlarına cavab olaraq söyləyib:

Chosen
5
2
demokrat.az

3Sources