EN

Rəşid Məmmədəliyevdən uğurlu start

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 2 təmsilçisi mübarizəyə start verib.

73 kq çəki dərəcəsində Hidayət Heydərov Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşıb. Olimpiya çempionumuz mübarizəni 1/16 finalda dayandırıb.

Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev isə günə uğurlu start verib. O, BƏƏ-ni təmsil edən Kazbek Naquşevə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. 

Ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar

3 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Dünya çempionatının püşkü atılıb

Cüdo tariximizdə ilk

Chosen
57
1
apasport.az

2Sources