Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 2 təmsilçisi mübarizəyə start verib.
73 kq çəki dərəcəsində Hidayət Heydərov Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşıb. Olimpiya çempionumuz mübarizəni 1/16 finalda dayandırıb.
Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev isə günə uğurlu start verib. O, BƏƏ-ni təmsil edən Kazbek Naquşevə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur.
Ne-vaza üzrə ACF Kuboku keçiriləcək
Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar
3 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Dünya çempionatının püşkü atılıb
Cüdo tariximizdə ilk