EN

Yeni qiyməti 100 milyon avro olacaq -“Real”ın 22 yaşlı müdafiəçisinin

“Real” 22 yaşlı müdafiəçisi Raul Asensio ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cope” nəşri məlumat yayıb.

“Kral klubu” gənc futbolçu ilə əməkdaşlığı 2031-ci ilə qədər davam etdirmək niyyətindədir.

Yeni müqavilədə oyunçunun sərbəst qalma məbləği 100 milyon avro olaraq müəyyən ediləcək. Həmçinin, Asensionun maaşında da artım nəzərdə tutulur.

İspaniyalı futbolçu La Liqanın son mövsümündə 23 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
92
44
sportinfo.az

10Sources