EN

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edildi

ASTARA, 15 iyun. TELEQRAF

İranda yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq, xarici ölkə vətəndaşlarının ölkəmiz üzərindən təxliyəsi davam etdirilir.

Teleqraf-əın yerli bürosu xəbər verir ki, bu gün Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən sayca ikinci qrup Azərbaycan ərazisinə keçib.

Həmin şəxslər əsasən də Qırğızıstan səfirliyinin əməkdaşları və övladlarıdır.

Xatırladaq ki, bu gün səhər saatlarında Qırğızıstan Respublikasının İrandakı səfirliyinin 7 əməkdaşı da ölkəmiz üzərindən təxliyə olunmuşdu.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradır.

Chosen
34
2
teleqraf.com

2Sources