EN

İçi sərnişinlə dolu mikroavtobus aşdı - xəsarət alanlar var

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Chosen
81
25
milli.az

10Sources