EN

İsrail-İran müharibəsində üçüncü gün: İran yeni raket hücumuna başlayıb

İsrailin İrana qarşı 13 iyun tarixində başladığı "Yüksələn Aslan" əməliyyatı və İranın buna cavabı üçüncü günündə davam edir.

Sherg.az xəbər verir ki, İsrailin hücumlarında İran Baş Qərargah rəisi Bakıri və İnqilab Keşikçiləri Ordusu komandiri Selami kimi yüksək rütbəli hərbi şəxslərin də daxil olduğu ən az 128 nəfər həlak olub, çoxu mülki olmaqla 320 nəfər yaralanıb.

İran isə İsrailə qarşı "Həqiqi Söz 3" adlandırdığı hücumu həyata keçirib. Dronlar və yüzlərlə ballistik raketin atıldığı hücumda Tel Avivdə partlayışlar baş verib.

Bəzi raketlər İsrailin hava müdafiə sistemi "Dəmir Qübbə"ni keçərək partlayışlara səbəb olub.

İsraildə ən az 13 nəfər həyatını itirib, 380 nəfər yaralanıb.
Chosen
31
sherg.az

1Sources