EN

İtaliya çempionu Ronaldunun komanda yoldaşınıheyətinə qatır

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli" yeni transferini reallaşdırmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, İtaliya çempionu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun hücumçusu Con Durana elçi düşüb. 

İnformasiyanı jurnalist Yağız Sabuncuoğlu yayıb. Mənbənin məlumatına görə, klub artıq 21 yaşlı forvardın transferi üçün rəsmi təklif göndərib. 

Kolumbiyalı yanvar ayında Səudiyyə Ərəbistanı klubuna keçib. O, "Aston Villa"dan 77 milyon avroya transfer olunub. Lakin yeni mühitə uyğunlaşa bilməyən futbolçunun şəxsi çətinlikləri onun stabilliyinə təsir edib. 

“Əl-Nəsr” rəhbərliyi icarə də daxil olmaqla, futbolçu ilə yollarını ayırmağa hazırdır.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
fanat.az

1Sources