GƏNCƏ, 15 iyun. TELEQRAF
Gəncədə qətl hadisəsi baş verib.
Teleqrafın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.