EN

Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.

Demokrat.az xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Chosen
80
50
demokrat.az

10Sources