Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İtaliyada təşkil olunan U-20 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığması Vətənə dönüb.
İdman.biz xəbə verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında güləşçilərimizi yaxınları və media nümayəndələri qarşılayıblar.
Millimiz Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qazanaraq komanda hesabında ikinci yeri tutub. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.