EN

"Sumqayıt" yeni baş məşqçisini nə vaxt açıqlayacaq? - rəsmi cavab

Mayın 12-də baş məşqçisi Vaqif Cavadovla yolları ayıran "Sumqayıt" hələ çalışdırıcı tapa bilməyib. Bununla belə, yeni mövsüm üçün komandanın komplektləşdirilməsi prosesi də yubanır.

Bəs bu məsələlərə nə vaxt aydınlıq gələcək? Klub iş başına keçmək üçün yubandığını düşünmürmü?

"Football-plus.az"ın suallarını "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı:
"Həm heyətin komplektləşdirilməsi, həm də baş məşqçi ilə bağlı işlər davam edir. Qarşıda hələ vaxt var. Komanda istirahətdədi. Toplanışa qədər artıq baş məşqçi məsələsi həllini tapacaq. Bundan sonra isə heyətlə bağlı yekun açıqlamalar olacaq".
Xatırladaq ki, "kimyaçılar"ın yay hazırlıq planı da bəlli deyil.

KƏNAN BAHADIR
Chosen
27
1
football-plus.az

2Sources