EN

İsraildə ölən və xəsarət alanların sayı artdı

İyunun 13-dən etibarən İsrail İranın nüvə obyektləri və hərbi rəhbərliyinə qarşı irimiqyaslı hücumlara başlayıb. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı, bir neçə yüksək rütbəli hərbçi və 9 nüvə alimi həlak olub.


Manset.az-ın xarici mediaya istinadan verdiyi xəbərə görə, İran cavab olaraq İsrailə qarşı səkkiz dalğa şəklində ballistik raket zərbələri endirib.

Rəsmi məlumatlara görə, hücumlar nəticəsində İsraildə 16 nəfər ölüb, 400-dən çox insan yaralanıb. İranda isə mülki itkilərin sayı 224 nəfər olaraq açıqlanıb.

Hər iki tərəf qarşılıqlı raket zərbələri endirir, mülki ərazilər hədəf alınır. İsrail vətəndaşlara sığınacaqlara yaxın qalmağı tövsiyə edir. Gərginliyin daha da artacağı ehtimal olunur.

Chosen
74
50
manset.az

10Sources