İran ötən gecə İsrail ərazisinə hücumlarını davam etdirib.
Publika.az xəbər verir ki, hədəflərdən biri Petah Tikvada erməni əhalisinin çox olduğu məhəllə olub.
Bu barədə “Hraparak”a İsrail Erməniləri İttifaqının prezidenti Artyom Çernamoryan məlumat verib.
"Son məlumatlara görə, İranın zərbəsi nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bu rəqəm dəyişə bilər", - Çernamoryan deyib.
O, həmçinin xəbər verib ki, ermənilər arasında itki və xəsarət alan olmayıb. Eyni zamanda, Çernamoryan bəzi ermənilərin münasibəti ilə bağlı çaşqınlığını ifadə edib, onun sözlərinə görə, İran və İsrail arasında toqquşmalardan ruhlanan ermənilər var.