Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşdü
Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.
"Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb", - deyə məlumatda bildirilir.
Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.
Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.