EN

Məsud Pezeşkian: "İran xalqı müharibə başlamayıb və onu istəməyib"

İran Prezidenti Məsud Pezeşkian İsrailin hərbi təcavüzünə qarşı İran xalqını birliyə və həmrəyliyə çağırıb.
 
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, dövlət başçısı bu barədə parlamentdə çıxışı zamanı danışıb.
 
"Biz müharibə istəməmişik və onu başlayan tərəf olmamışıq. Ölkəmizin yüksəkrütbəli hərbçilərini və alimlərini biz yox, bu terrorçular öldürüblər. Biz təcavüzkar deyilik", - deyə Pezeşkian bəyan edib.
 
Prezidentin sözlərinə görə, hazırkı mərhələdə ölkənin sabitliyi üçün xalqın birliyi hər zamankından daha vacibdir.
 
"Bu gün birliyə və həmrəyliyə hər zamankından çox ehtiyacımız var. Bütün İran xalqı vahid cəbhə kimi təcavüzə qarşı çıxmalıdır", - deyə o vurğulayıb.
 
Pezeşkian həmçinin bildirib ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur, lakin xalqın dinc məqsədli nüvə enerjisinə sahib olmaq hüququnu heç kim əlindən ala bilməz.
Chosen
23
1
moderator.az

2Sources