TBİLİSİ, 16 iyun. TELEQRAF
Müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya yenidən Gürcüstan parlamentinin istintaq komissiyasının iclasına çağırılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə komissiyanın sədri Tea Tsulukiani bildirib.
Onun sözlərinə görə, G.Qaxariya müvafiq bildiriş alıb.
“Ümid edirik ki, iyunun 23-də o, Çorçana, Tsaqveri və digər yaşayış məntəqələrindəki vəziyyətlə bağlı müzakirələri davam etdirmək üçün komissiyanın iclasına gələcək”, - T.Tsulukiani söyləyib.
Xatırladaq ki, G.Qaxariya komissiya tərəfindən aprelin 14-də də dindirilib. O, 2019-cu ilin iyun hadisələri ilə bağlı altı saat ərzində ifadə verib.
Qeyd edək ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə baş naziri olub.