EN

Təbriz, Tehran, yoxsa Əfqanıstan sərhəddi: Xamineyi haradadır?

İran və İsrail arasında başlayan savaşdan sonra bu ölkənin dini lideri Əli Xamineyinin harada olması məsələsi aktual mövzuya çevrilib.

Tribunainfo.az xəbər verir ki, ötən gün onun İranda gizli saxlanılan bunkerlərdən birinə yerləşdirildiyi xəbəri yayılıb.

Lakin bu yerlərlə bağlı üçn maraqlı versiya var. Belə ki, son xəbərə görə, Əli Xamineyi Əfqanıstanla sərhəddə yerləşən məntəqələrdən birindəki gizli bunkerdə qərarlaşıb. İddia olunur ki, bu sığınacaq İranın mərkəzindən və İsrail aviasiyasının əlinin çata bilməyəcəyi nöqtədə olduğu üçün seçilib.

Dünən isə bununla bağlı başqa bir məlumat yayılıb. Tribunainfo.az xəbər verir ki, həmin məlumatlarda Xamineyi Tehranın Lavasan məhəlləsindəki bunkerdə saxlanır. Onunla bərabər oğlanları Müctəba, Məsud və Mustafa da sığınacaqda qərarlaşıb. Amma onun digər ailə üzvlərinin yanında olub, olmadığı barədə bilgi verilmir.

Bu gün isə sosial şəbəkələrin İran seqmentində xəbər yayılıb ki, ölkənin dini lideri dünən gizlicə Təbrizə gəlib. İddia olunur ki, o, şəhərin mərkəz məhəllərindən biri olan Pastordakı yeraltı sığınacağa yerləşib.

Məlumatı yayanlar qeyd ediblər ki, İranın dini liderinin Təbrizdə uzun illərdir iqamətgahı mövcuddur. Həmin iqamətgah ciddi şəkildə qorunmaqla yanaşı, həm də yeraltı bunkerə də malikdir.

Fərda Uğur

Chosen
18
1
tribunainfo.az

2Sources