İran mənbələri bildirib ki, Çin İrana hərbi yardımın ilk partiyasını göndərib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Kafnews” xəbər saytı məlumat yayıb.
Qeyd edək ki, İran və Çin arasında 2021-ci ildə 400 milyard dollarlıq saziş imzalanıb. Həmin sazişə əsasən Çin İrana investisiya qoyacaq və bir sıra sahələri inkişaf etdirəcək. Rəsmi müqavilədə Çinin İran qarşısında hərbi sənayeni gücləndirmək kimi öhdəliyindən bəhs edilmir. Lakin İranın son zamanlar raket texnologiyası sahəsində güclənməsində Pekinin rolunun böyük olduğu iddia olunur.
Əgər bu məlumat təsdiqlənərsə, ABŞ-ın məsələyə biganə yanaşacağı gözlənilmir. Ağ Ev böyük ehtimalla bir neçə müttəfiqi ilə İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcək.