EN

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" - un Qarabağ Bürosunun verdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi Bərdə Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq yol kənarındakı ağacları və elektrik xəttini qıraraq ağır qəza baş verib. Nəticədə "Mercedes" də olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Chosen
11
4
report.az

10Sources