Bərdə-Tərtər yolunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, "KİA" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq kənardakı ağacları və elektrik xəttini qırıb. "Mercedes"də olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır