
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Daewoo" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.Ulusum.az
Diqqət Çəkənlər
Vaşinqton məsuliyyət daşıyırmı? Pəzeşkiyan ABŞ-ı İrana qarşı hücumlarda ittiham edir
Nikolya Sarkozi “Şərəf Legionu” ordenindən məhrum edildi
Səhnənin kraliçası: Amaliya Pənahova – sənətə həsr olunmuş ömür