AZ

Sumqayıtda qəza:Bir nəfər sıxılı vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Daewoo" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Seçilən
9
8
avtosfer.az

10Mənbələr