Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.
Day.Az xəbər verir ki, təxliyə olunan 10 nəfərlik qrupun əksəriyyəti Tacikistan Respublikasının vətəndaşlarıdır.
Â
Onlar müəyyən olunmuş qaydalara uyğun olaraq sərhəd yoxlamasından keçib və daha sonra paytaxt istiqamətində yola salınıblar. Bu, gün ərzində təxliyə olunan ilk qrupdur.