İsrailin verdiyi məlumata görə, İran 13 iyun tarixindən bəri həyata keçirdiyi cavab hücumlarında İsrailə qarşı 370 ballistik raket buraxıb və bunlardan 30-u hədəfə dəyib.
İsrail baş nazirin mətbuat xidməti İranın 13 iyundan etibarən İsrailə qarşı həyata keçirdiyi cavab zərbələrinə dair məlumatları paylaşıb.
Açıqlamada bildirilir ki, İran tərəfindən atılan 370 ballistik raketdən 30-u müxtəlif nöqtələrə düşüb.
Cavab hücumları nəticəsində 24 nəfərin həlak olduğu, 10-nun vəziyyəti ağır olmaqla ümumilikdə 592 nəfərin yaralandığı qeyd olunub.