İsrail Tehrana raketlər daşıyan yük maşınlarını vurub.
Day.Az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Tehrana raketlər daşıyan yük maşınlarının yerini müəyyənləşdirib onlara zərbələr endirik.
Â
İranın qərbindən Tehrana doğru irəliləyən "yer-hava" raket qurğularını daşıyan yük maşınları da daxil olmaqla, içərisində silah olan bir neçə yük maşını müəyyən edilib.
Ordumuz yük maşınlarına zərbələr endirib, silahları və atıcıları zərərsizləşdirib", - məlumatda deyilir.