EN

Şimali İrlandiyada son iğtişaşlarla bağlı 29 nəfər saxlanılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 16 iyun, AZƏRTAC

Son bir həftə ərzində Şimali İrlandiyada baş verən iğtişaşlarla əlaqədar 29 nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, polis orqanları növbəti günlərdə daha çox sayda həbslərin olacağını istisna etmir. İğtişaşlar ötən həftənin bazar ertəsi günü Antrim qraflığının Ballimena şəhərində baş vermiş cinsi təcavüz hadisəsinə (ehtimal olunur) qarşı keçirilən dinc etiraz aksiyasından sonra başlayıb və digər bölgələrə yayılıb. Hadisələr zamanı indiyədək ümumilikdə 64 polis əməkdaşı xəsarət alıb.

Ballimena və Larne şəhərlərində baş verən iğtişaşlarla əlaqədar son həbslər zamanı 5 nəfər saxlanılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
5
azertag.az

6Sources