EN

Hindistanda baş verən təyyarə qəzası ilə bağlı iki "qara qutu" tapılıb

Hindistanda iyunun 12-də baş verən təyyarə qəzası ilə bağlı araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, "Xinhua" agentliyinin məlumatına görə, Hindistanın Baş naziri Narendra Modinin Baş katibi P.K. Mişra "Air India 171" təyyarəsinə aid iki "qara qutu"nun tapıldığını açıqlayıb. Bunlara uçuş məlumatlarını qeyd edən cihaz və kokpit səs yazıları daxildir.

Hindistanın Mülki Aviasiya naziri Ram Mohan Naidu Kinjarapu daha əvvəl bir "qara qutu"nun tapıldığını və ilkin hesabatın üç aya təqdim ediləcəyini bildirmişdi.

"The Hindu" qəzeti yazır ki, qutulardakı məlumatların toplanması və analiz prosesi 4-5 gün çəkə bilər. Qəzanın araşdırılmasına yardım etmək üçün bəzi beynəlxalq ekspert qrupları da ölkəyə gəlib.

Xatırladaq ki, qəza nəticəsində 274 nəfər həyatını itirib.

Chosen
35
far.az

1Sources