EN

Bərdədə yol qəzasında xəsarət alanların durumu açıqlandı

Bərdədə yol qəzasında xəsarət alan 4 nəfərin (kişi) durumu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti sabit, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, Bərdə-Tərtər yolunda "KİA" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq kənardakı ağacları və elektrik xəttini qırıb./Report


Telegram kanalımız
Chosen
15
4
yenisabah.az

5Sources