İrana növbəti hücum dalğası xəbərləri fonunda İsrail Müdafiə Qüvvələri Livana zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İsrail Ordusunun teleqram kanalında yer alıb.
Bildirilir ki, zərbə “Hizbullah”ın silahlı qanadının üzvünü məhv etmək məqsədi ilə respublikanın cənubundakı Hula şəhərinin kənarında endirilib.