EN

Zaqatalada 5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ölüb

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Poliqon.info

Chosen
9
24
poliqon.info

10Sources