AZ

Zaqatalada FACİƏ: "KamAz" 5 yaşlı uşağın üstündən keçdi


Zaqatalada 5yaşlı uşağın üstündən “KamAZ” markalı yük avtomobili keçib.

Lent.az-ən məlumatına görə, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
12
24
news24.az

10Mənbələr