EN

İsrail İran ordusunun rabitə mərkəzini vurub

BAKI, TurkicWorld

İsrailin İranın dövlət tele-radio şirkətinin (IRIB) binasına endirdiyi hava zərbəsi cinayətdir.

TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai X sosial şəbəkəsində yazıb.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını bu hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

“Dövlət tele-radio binasına hücum İsrail rejiminin daha bir vəhşi cinayətidir. BMT Təhlükəsizlik Şurası, İran xalqına qarşı davam edən bu təcavüzü dayandırmaq üçün öz öhdəliklərini yerinə yetirməlidir” - deyə, Bəqai bildirib.

Xatırladaq ki, daha əvvəl İsrailin, İranın əsas yayım qurumu olan IRIB-in Tehrandakı baş binasına hava zərbəsi endirdiyi bildirilmişdi. Hadisə nəticəsində genişmiqyaslı dağıntılar qeydə alınmayıb.

Bununla yanaşı, Çin də İsrailin İrana qarşı hücumlarını qınayıb və İranın yanında olduğunu bəyan edib.

Chosen
10
30
turkic.world

10Sources