EN

"Sözlə yox, əməllə danışacam" - Hidayət Heydərov

“Tatamiyə 11 aydan sonra qayıdırdım. Bu, sadəcə dönüş deyil, bu yola davamdı”.

"Football-plus.az" xəbər verir ki, bunu millimizin cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatındakı uğursuz çıxışı barədə şəxsi instaqram səhifəsində yazıb.

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi yenidən zirvəyə qalxmağı qarşısına məqsəd qoyduğunu açıqlayıb:
“Uduzmaq da bu yolun bir hissəsidi. Amma unutmayın ki, buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacam”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.
Chosen
11
1
football-plus.az

10Sources