AZ

Sözlə yox, əməllə danışacam

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Tatamiyə 11 aydan sonra qayıdırdım. Bu, sadəcə dönüş deyil, bu yola davamdı”."Football-plus.az" xəbər verir ki, bunu millimizin cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatındakı uğursuz çıxışı barədə şəxsi instaqram səhifəsində yazıb.Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi yenidən zirvəyə qalxmağı qarşısına məqsəd qoyduğunu açıqlayıb:

“Uduzmaq da bu yolun bir hissəsidi. Amma unutmayın ki, buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacam”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
icma.az

10Mənbələr