EN

İran İsrailə ağır zərbə endirdi, Tehran səmasında daha bir təyyarə məhv edildi

  İranın hava hücumundan müdafiə qüvvələri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-35 tipli döyüş təyyarəsini Təbriz şəhərinin səmasında vurub.

Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, İran hərbçiləri tərəfindən vurulan dördüncü İsrail F-35 təyyarəsidir.

Hadisənin detalları və təyyarənin hansı sistemlə məhv edildiyi açıqlanmayıb. İsrail tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib./Globalinfo.az  

Chosen
27
1
referans.az

2Sources