EN

Tehran 60 günlük fürsəti qaçırdı Tramp İrana qapını bağlayır?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Tehran indi danışıqlara maraq göstərir, lakin bu təşəbbüsü daha əvvəl irəli sürməli idi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı deyib.

“Onlar danışıqlar aparmaq istəyirlər, amma bunu 60 gün ərzində etməli idilər. Onlara 60 gün vaxt verilmişdi, lakin 61-ci gündə mən dedim: “Artıq razılaşma yoxdur”. Onlar razılaşmaya gəlməlidirlər və bu, hər iki tərəf üçün ağrılı olacaq. Amma deyə bilərəm ki, İran bu müharibəni udmur və onlar danışıqlara dərhal başlamalıdırlar – hələ gec deyil”, – deyə Tramp bildirib.

Trampdan ABŞ-ın hərbi müdaxiləsinin mümkün şərtləri barədə soruşulduqda isə o, bu məsələyə açıqlıq gətirməkdən imtina edib.

“Bu barədə danışmaq istəmirəm”, – deyə cavab verib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
globalinfo.az

1Sources