EN

"Napoli" "Mançester Siti"nin futbolçusunu icarəyə götürmək istəyir, lakin...

"Napoli" Cek Qrilişi icarəyə götürmək istəyir, lakin tam maaşını ödəməyə hazır deyil.

Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, İtaliya klubu 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır və həm transfer, həm də icarə variantlarını nəzərdən keçirir.

Lakin "Napoli" Qrilişin "Mançester Siti"də aldığı həftəlik təxminən 300 min funt-sterlinqlik maaşı tam şəkildə üzərinə götürmək istəmir. Əvvəllər bildirilmişdi ki, "şəhərlilər" futbolçunu satmaq üçün 50 milyon funt tələb edir, lakin hələlik rəsmi təklif almayıb.

İddia olunur ki, əgər "Mançester Siti" "Napoli" ilə razılığa gəlmək istəyirsə, o zaman Qrilişin maaşının 50%-dək hissəsini özü ödəməli olacaq.

saytlarin hazirlanmasi

Chosen
13
1
sportal.az

2Sources