EN

Şuşada şəhid övladları üçün yay düşərgəsi təşkil edilib - FOTOLAR

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Quba, Qusar və Xaçmaz rayonlarında şəhid ailələri ilə iş” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 9-dan 11-dək layihə çərçivəsində şəhid övladları üçün Şuşada yay düşərgəsi təşkil olunub.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri Tünzalə Əbduləlimova bildirib ki, layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və döyüşlərdə yaralanmış veteranların ailələrinin asudə vaxtlarını səmərəli keçirmək imkanı yaratmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və vətənpərvərlik ruhunu gücləndirməkdir:

"Düşərgədə Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin övladları iştirak edib. Düşərgənin ilk günü iştirakçılar Şuşa ilə tanış olub, tarixi və mədəniyyət abidələrini ziyarət ediblər. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib".

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Chosen
12
3
qht.az

4Sources